Bakının Xətai rayonunda 15 yaşlı yeniyetmə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Xezerxeber.az-ın məlumatına görə, 2009-cu il təvəllüdlü Nəzərli Fidan Zaur qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.