Xəzər Xəbər

Şəkidə üç nəfərə canavar hücum edib

Hadisə | 11:32 • 13 Dekabr 2024
Şəkidə üç nəfərə canavar hücum edib

Şəkidə 3 nəfərə canavar hücum edib.

Xezerxeber.az-ın məlumatına gərə, bu gün səhər saatlarında rayonun Şorsu kəndində Seymur Cuma oğlu İsayev övladını məktəbə apararkən kəndin ərazisində canavarın hücumuna məruz qalıb. Canavar C. İsayevə xəsarət yetirib.

Bu gün səhər saatlarında rayonun Cumakənd kəndində də canavar kəndin ərazisində iki nəfərə xəsarət yetirib. Kənd sakini 68 yaşlı Səfərəli Hüseyinəli oğlu Həsənov və 28 yaşlı Məhəmməd Fikrət oğlu Məmmədova xəsarət alıblar.

Xəsarət alan şəxslərə Şəki Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub.

 

Xəbər lenti

Çox oxunanlar