Dekabrın 9-da saat 17:00 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyindəki müəssisələrin birinə məxsus texniki anbarda kiçik yanğın hadisəsi baş verib.
Nazirliyin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsi tərəfindən qısa müddət ərzində söndürülüb.
Xəsarət alan olmayıb, hadisənin başvermə səbəbləri araşdırılır.