Xəzər Xəbər

Babək prospektində obyektdə yanğın söndürülüb YENİLƏNİB

Hadisə | 19:38
Babək prospektində obyektdə yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

19:02

Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

FHN-in mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

17:46

Bakının Babək prospektində obyektdə yanğın başlayıb.

Xezerxeber.az-ın FHN-ə istinadən xəbər verir ki, nazirliyin 112 qaynar xəttinə Babək prospektində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar