Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılarıb.
Bu barədə Xezerxeber.az-a FHN-dən məlumat verilib.
Məlumatda qeyd olunub ki, cəsəd aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, həmin ərazidə iki nəfərin batdığı ehtimal edilir. Batdığı ehtimal edilən digər şəxsin də axtarışları davam edir.