Oktyabrın 3-də 1976-cı il təvəllüdlü Ayaz Qasımovun Bərdə şəhəri ərazisində 1978-ci il təvəllüdlü Gülnar Qasımovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsi faktı ilə cinayət işi açılıb.
Xezerxeber.az-ın məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətindən bildirib ki, bununla bağlı Bərdə Rayon Prokurorluğunda Ayaz Qasımova Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi üzrə ittiham elan edilərək, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Qeyd edək ki, hadisə Bərdə bazarında baş verib. 46 yaşlı Gülnar Qasımova həyat yoldaşı Ayaz Qasımov tərəfindən bıçaqlanıb.
Hadisədən sonra Ayaz Qasımov özünə də xəsarət yetirib. Onlar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.