Xəzər Xəbər

Ağcabədidə iki avtomobil toqquşub ölən var

Hadisə | 09:00
Ağcabədidə iki avtomobil toqquşub

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Poladlı kəndində qeydə alınıb.

Mahir Şükürzadənin idarə etdiyi "VAZ 2107" markalı avtomobil qarşıdan gələn "Tofaş" markalı avtomobillə toqquşub.

Nəticədə Mahir Şükürzadə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar