Xəzər Xəbər

Azərbaycanda 16 yaşlı qız turşudan zəhərlənərək ÖLDÜ

Hadisə | 17:30 • 22 Sentyabr 2024
Azərbaycanda 16 yaşlı qız turşudan zəhərlənərək

Şərur rayon sakini turşudan zəhərlənərək ölüb.

Xezerxeber.az bildirir ki, hadisə rayonun Kürkənd kəndində baş verib.

Kənd sakini, 2008-ci il təvəllüdlü Ələkbərova Gülnaz Cəmil qızı konservləşdirilmiş xiyar turşusunu yedikdən sonra zəhərlənib. Onu xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şərur rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar