Xəzər Xəbər

Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib ölən var

Hadisə | 19:39 • 14 Sentyabr 2024
Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib

Sentyabrın 14-də saat 13:00 radələrində Ağdərə rayonu, Çardaqlı kəndində açıq ərazidə baş vermiş yanğının söndürülməsinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 1 ədəd “Kamaz” markalı yanğınsöndürmə avtomobili qəza edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan yanğınsöndürən - 1983-cü il təvəllüdlü Allahverdiyev Elsevər Qəşəm oğlu həyatını itirib, 4 nəfər yanğınsöndürən isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan yanğınsöndürənlər müvafiq tibbi yardımın göstərilməsi məqsədilə təcili olaraq Nazirliyin Aviasiya dəstəsinin helikopteri ilə həkimlərin müşayiəti altında Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə təxliyə olunublar.

 

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar