Xəzər Xəbər

Bakıda evdən 89 min manatlıq OĞURLUQ

Hadisə | 12:20 • 9 Sentyabr 2024
Bakıda evdən 89 min manatlıq

Yasamal rayonu ərazisində evlərin birindən oğurluq olub.

Xezerxeber.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən ev sahibi oradan 74.000 manat pul və 15.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən R.Bağışov və 2 qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti