Xəzər Xəbər

Sabirabadda aĝır qəza

Hadisə | 09:05 • 8 Sentyabr 2024
Sabirabadda aĝır qəza

Sabirabadda yol qəzası olub, xəsarət alanlar var.

Xezerxeber.az-ín məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun rayonun Bulaqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili “TIR” yük maşını ilə toqquşub.

Qəza nəticəsində Sabirabad rayon sakinləri, “Mercedes”in sürücüsü, 1992-ci il təvəllüdlü Hüseynov Vüsal Rüstəm oğlu və 1986-cı il təvəllüdlü Əhmədov Dəyanət Elxan oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

D. Əhmədovun koma vəziyyətində olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti