Xəzər Xəbər

Bakıda evə basqın ZƏRƏRSİZLƏŞDİRİLƏN VAR

Hadisə | 12:05 • 3 Sentyabr 2024
Bakıda evə basqın

Sentyabrın 3-də gecə saatlarında Sabunçu rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibəsi tərəfindən polisə məlumat daxil olub.

Xezerxeber.az DİN-in Mətbuat Xidmətinə istinadən məlumat verir ki, dərhal hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs kəsici-deşici alətlə müqavimət göstərməklə qaçmağa cəhd edib. Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınmaqla şübhəli şəxs tətbiq olunan xidməti tabel silahı ilə zərərsizləşdirilib.

Müəyyən edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən – 1999-cu il təvəllüdlü, əvvəllər qəsdən sağlamlığa zərər vurma, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum olunan Haxverdiyev Elşən Zaur oğlu olub.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Sumqayıtda ev yanıb
Sumqayıtda ev yanıb
15:13 • 19 Yanvar 2025
Qazaxda üçotaqlı evdə
Qazaxda üçotaqlı evdə Yanğın
09:09 • 17 Yanvar 2025
Ağ Şəhərdə mənzildə
Ağ Şəhərdə mənzildə PARTLAYIŞ
15:20 • 15 Yanvar 2025
Bakıda evə basqın edilib
Bakıda evə basqın edilib
15:24 • 14 Yanvar 2025
Sumqayıtda avtomobildə yanğın
Sumqayıtda avtomobildə yanğın Öıən var
10:15 • 12 Yanvar 2025
Türkiyədə fabrikdə
Türkiyədə fabrikdə yanğın
09:43 • 12 Yanvar 2025

Xəbər lenti