Xəzər Xəbər

İmişlidə polisin müdaxiləsindən sonra 17 yaşlı qızın toyu təxirə salındı

Hadisə | 17:42 • 2 Sentyabr 2024
İmişlidə polisin müdaxiləsindən sonra 17 yaşlı qızın toyu

İmişli Rayon Polis Şöbəsinin müdaxiləsindən sonra rayonda 17 yaşlı qızın toyu təxirə salınıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən cavabda bildirilib.

Qeyd olunub ki, faktla bağlı İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün zəruri tədbirlər icra olunub.

Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Polis əməkdaşları və icra hakimiyyətinin məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar və bəhs edilən halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Keçirilməsi planlaşdırılan toy məclisi isə təxirə salınıb. (report)

Rubrikanın digər xəbərləri

Sumqayıtda ev yanıb
Sumqayıtda ev yanıb
15:13 • 19 Yanvar 2025
Qazaxda üçotaqlı evdə
Qazaxda üçotaqlı evdə Yanğın
09:09 • 17 Yanvar 2025
Ağ Şəhərdə mənzildə
Ağ Şəhərdə mənzildə PARTLAYIŞ
15:20 • 15 Yanvar 2025
Bakıda evə basqın edilib
Bakıda evə basqın edilib
15:24 • 14 Yanvar 2025
Sumqayıtda avtomobildə yanğın
Sumqayıtda avtomobildə yanğın Öıən var
10:15 • 12 Yanvar 2025
Türkiyədə fabrikdə
Türkiyədə fabrikdə yanğın
09:43 • 12 Yanvar 2025

Xəbər lenti