Xəzər Xəbər

Siyəzəndə 28 yaşlı qadının qətli ilə bağlı cinayət işi BAŞLANDI

Hadisə | 10:00 • 25 Avqust 2024
Siyəzəndə 28 yaşlı qadının qətli ilə bağlı cinayət işi

Siyəzəndə 28 yaşlı qadının qətli ilə bağlı cinayət işi başlanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Siyəzən rayon prokurorluğunun məlumatında deyilir.

Belə ki, avqustun 24-də Siyəzən rayonu ərazisində 1996-cı il təvəllüdlü Şəbnəm Mustafazadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2003-cü il təvəllüdlü Səfər Mustafazadənin bacısı Şəbnəm Mustafazadəyə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Səfər Mustafazadə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar