Xəzər Xəbər

Lerikdə avtomobil dağ yolunda qəza törədib XƏSARƏT ALANLAR VAR

Hadisə | 19:41 • 24 Avqust 2024
Lerikdə avtomobil dağ yolunda qəza törədib

Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Lerik rayonunun ucqar dağ kəndi olan Qışlaq ərazisində baş verib.

Lerik rayon Hamarat kənd sakini, 1958-ci il təvəllüdlü Şirvan Xaliq oğlu Yusubov UAZ markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəqliyyat vasitəsi yol kənarında maneəyə çırpılıb. Qəza nəticəsində sürücü və avtomobildə olan daha iki nəfər - 1998-ci il təvəllüdlü Cavid Raqib oğlu Dadaşzadə və 1967-ci il təvəllüdlü Mirzə Miri oğlu Ağayev xəsarət alıblar. Onlar Lənkəran Mərkəzi Rzyon Xəstəxanasına çatdırılıblar.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb avtomobilin əyləc sistemində yaranan nasazlıq olub.

Bu gün saat 14:40 radələrində Lerik rayonu Qışlaq kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı 3 nəfər (kişi cinsli) şəxs döş qəfəsinin küt travması, qapalı kəllə beyin travması, başın təpə nahiyəsinin əzilmiş didilmiş yarası, sağ baldır sümüyünün 1/3-nin xətli sınığı diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, zəruri ilkin tibbi yardım göstərilən yaralılardan biri tibb müəssisəsinin travma şöbəsinə, digərləri Təcili yardım şöbəsinə yerləşdirilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar