Xəzər Xəbər

Şəmkirdə “KaMaz” avtomobillə toqquşub ÖLƏNLƏR VAR

Hadisə | 09:43 • 18 Avqust 2024
Şəmkirdə “KaMaz” avtomobillə toqquşub

Şəmkirdə baş verən ağır yol qəzasının təfərrüatı məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonu hissəsindən keçən hissəsində 2000-ci il təvəllüdlü K. Cəfərli “KaMaz” markalı yük avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən, 1986-cı il təvəllüdlü Şamo Qafarovun idarə etdiyi VAZ 2106 markalı avtomobil toqquşub.

Hadisə nəticəsində VAZ-2106-da olan sürücü və sərnişinlərdən biri ölmüş, digər sərnişin, 1978-ci il təvəllüdlü, Ağstafa rayon sakini Qorxmaz Şirinov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda digər ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti