Xəzər Xəbər

Qəbələdə toyda kütləvi ZƏHƏRLƏNMƏ

Hadisə | 12:45 • 16 Avqust 2024
Qəbələdə toyda kütləvi

Qəbələdə toyda kütləvi zəhərlənmə faktı araşdırılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, avqustun 15-də Qəbələ şəhərində yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində iştirak edən şəxslərdən 55-nin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qəbələ rayon prokurorluğunda araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə şadlıq evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. (apa)

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar