Xəzər Xəbər

Göyçayda avtomobil qaçıran şəxs saxlanılıb

Hadisə | 12:48 • 11 Avqust 2024
Göyçayda avtomobil qaçıran şəxs saxlanılıb

Göyçay şəhər sakini ona məxsus minik avtomobilinin yaşadığı evin qarşısından qaçırılması barədə polisə məlumat verib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Rəşad Abdullayev saxlanılıb. Qaçırdığı avtomobil isə rayon ərazisində tərk edilmiş vəziyyətdə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar