Xəzər Xəbər

DİN: Ötən gün 6,6 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Hadisə | 11:47 • 10 Avqust 2024
DİN: Ötən gün 6,6 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Avqustun 9-da polis əməkdaşları narkotik vasitələrin aşkar edilməsi üçün əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən (DİN) Xezerxeber.az-a verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6,6 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5,5 kiloqrama yaxın marixuana, 1,1 kiloqrama yaxın metamfetamin, həmçinin 2760 metadon həbi və kultivasiya yolu ilə yetişdirilmiş 595 çətənə kolu olub.

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə DİN-in məlumatında bildirilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar