Xəzər Xəbər

DİN əməliyyat keçirib, narkoşəbəkənin daha 35 üzvü saxlanılıb

Hadisə | 11:20 • 3 Avqust 2024
DİN əməliyyat keçirib, narkoşəbəkənin daha 35 üzvü saxlanılıb

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi ötən ay 120 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb

Bu barədə Xezerxeber.az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən iyul ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 34 əməliyyat keçirilib. Nəticədə narkoşəbəkənin daha 35 üzvü ifşa olunaraq saxlanılıb. Onlardan 12-i ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən olub. Əməliyyatlarla 120 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin, metamfetamin, 4 min ədəd psixotrop tərkibli metadon, eləcə də preqabalin həbi, narkotiklərin dövriyyəsində istifadə edilən elektron tərəzilər və bank kartları ələ keçirilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Həmçinin, qeyd edilən dövrdə “xaş-xaş 2024” tədbirləri çərçivəsində çəkisi 4275 kiloqram olan 6340 ədəd yabanı halda bitən çətənə kolu da məhv edilib.


Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri respublikanın bütün bölgələrində fasiləsiz olaraq davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar