Xəzər Xəbər

Azərbaycan Ordusunun dörd hərbi qulluqçusu vəfat edib YENİLƏNİB

Hadisə | 14:43 • 31 İyul 2024
Azərbaycan Ordusunun dörd hərbi qulluqçusu vəfat edib

Laçın rayonu ərazisində Azərbaycan Ordusunun 4 nəfər hərbi qulluqçusunun- Emnalıyev Asif Qəhrəman oğlu, Səmədov Tural Maşallah oğlu, Şahmarlı Emin Oqtay oğlu və Cəbrayılov Fərid Famil oğlunun meyitlərinin aşkar edilməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

Xezerxeber.az bildirir ki, bu barədə hərbi prokurorun böyük köməkçisi Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

Məlumata görə, daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilmiş, eləcə də izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir: "Hazırda Qubadlı Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.
Allah hərbçilərimizə rəhmət eləsin".

14:23

İyulun 30-u xidmətdən kənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən ilkin ehtimala görə zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları - kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlunun meyitlərinin aşkar edilməsi ilə bağlı faktı təsdiq edirik.

Xezerxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

Rubrikanın digər xəbərləri

Mənzildə meyit aşkarlanıb
Mənzildə meyit aşkarlanıb
11:18 • 12 Sentyabr 2024
Bakıda bir neçə obyektdə yanğın olub
Bakıda bir neçə obyektdə yanğın olub
10:03 • 12 Sentyabr 2024
Müğənni Kərimin toy zamanı döyülməsinin
Müğənni Kərimin toy zamanı döyülməsinin TƏFƏRRÜATLARI
11:35 • 11 Sentyabr 2024
Babək prospektində
Babək prospektində QƏZA
09:25 • 11 Sentyabr 2024
Sumqayıtda avtotəmir sexində YANĞIN SÖNDÜRÜLDÜ
Sumqayıtda avtotəmir sexində YANĞIN SÖNDÜRÜLDÜ YENİLƏNİB
14:32 • 9 Sentyabr 2024
Bakıda evdən 89 min manatlıq
Bakıda evdən 89 min manatlıq OĞURLUQ
12:20 • 9 Sentyabr 2024

Xəbər lenti

MSK daha 20 müraciətə baxacaq
17:00 • 12 Sentyabr 2024