Xəzər Xəbər

Sosial şəbəkə üçün video çəkdi, qəza törədərək ÖLDÜ

Hadisə | 13:25 • 20 İyul 2024
Sosial şəbəkə üçün video çəkdi, qəza törədərək

Qusar rayonunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, Qusar rayonunun Əcəxuroba kəndi ərazisində "TikTok" sosial şəbəkəsi üçün video çəkən rayon sakini, 1995-ci il təvəllüdlü Albert Xaspoladov ağır qəza törədib. O, video çəkərkən "VAZ 2107" markalı minik avtomobili ilə qəfil əks zolağa manevr edərək 1997-ci il təvəllüdlü Pərviz Eyvazovun idarə etdiyi "Ford" markalı yük avtomobili ilə toqquşub. Nəticədə A.Xaspoladov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti