Bakıda baş həkimin otağına benzin törkərək yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, hadisəni törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Rüfət Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Artıq 9 saylı poliklinikada baş vermiş yanğın qısa müddətdə söndürülüb.