Xəzər Xəbər

Maskalı şəxslər Göyçay sakinini döyərək beş min manatı ƏLƏ KEÇİRDİLƏR

Hadisə | 10:24 • 25 İyun 2024
Maskalı şəxslər Göyçay sakinini döyərək beş min manatı

Göyçay rayonunda quldurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, zərərçəkən şəxs polisə müraciət edərək üzləri maskalı naməlum şəxslərin onu döyərək avtomobilin yük yerində saxladıqlarını və üzərində olan 5000 manatı götürərək hadisə yerindən uzaqlaşdıqlarını bildirib.

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Əli Piriyev, qohumu Orxan Piriyev, Ruslan Səmədov, İlkin Bəşirov və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər cinayəti Əli Piriyevin təklifi ilə törədiblər. Onlardan quldurluq yolu ilə əldə etdikləri pulun bir qismi aşkarlanıb.

Məhkəmənin qərarı ilə saxlanılan 4 nəfər barəsində həbs, yetkinlik yaşına çatmayan şəxs haqqında isə digər növdən olan qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Biləsuvarda ağır yol qəzası
Biləsuvarda ağır yol qəzası ONLARLA YARALI
17:05 • 28 İyun 2024
Nərimanovda kafedə
Nərimanovda kafedə YANĞIN
15:00 • 28 İyun 2024
Bakıda mənzildən meyit
Bakıda mənzildən meyit TAPILDI
16:56 • 27 İyun 2024
Kəlbəcərdə ağır qəza
Kəlbəcərdə ağır qəza ÖLƏNLƏR VAR
09:47 • 26 İyun 2024
Ağcabədidə oğurluqda şübhəli bilinən şəxs
Ağcabədidə oğurluqda şübhəli bilinən şəxs Saxlanıldı
09:28 • 26 İyun 2024
Abşeronda avtomobil 37 yaşlı qadını
Abşeronda avtomobil 37 yaşlı qadını VURDU
09:00 • 26 İyun 2024
Maskalı şəxslər Göyçay sakinini döyərək beş min manatı
Maskalı şəxslər Göyçay sakinini döyərək beş min manatı ƏLƏ KEÇİRDİLƏR
10:24 • 25 İyun 2024
Çoxmərtəbəli yaşayış binasında liftin trosu qırıldı
Çoxmərtəbəli yaşayış binasında liftin trosu qırıldı YARALANANLAR VAR
19:18 • 23 İyun 2024

Xəbər lenti

Çox oxunanlar