Xəzər Xəbər

Bakıda “COP29-a dair konfrans davam edir

Hadisə | 1,169 | 10:23 • 20 İyun 2024
Bakıda “COP29-a dair konfrans

Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda 29-cu yüksək səviyyəli görüşün ikinci günü başlayıb.

Xezerxeber.az xəbər verir ki, tədbirin ikinci günündə dörd panel müzakirəsi keçiriləcək və bu panellərdə iqlim dəyişikliyində elm, texnologiya və innovasiyaların rolu, qida və kənd təsərrüfatı sektorlarında vəziyyət, eləcə də maliyyə məsələləri müzakirə olunacaq.

Xatırladaq ki, iyunun 19-da tədbirin ilk günü ərzində üç panel müzakirəsi keçirilib və bu panellərdə iqlim dəyişikliyinin təsirlərin yumşaldılması, uyğunlaşma və dayanıqlılıq, həmçinin onun su ehtiyatlarına, biomüxtəlifliyə və ərzaq təhlükəsizliyinə təsiri müzakirə edilib.

İclas iyunun 21-də Zəngilanda davam edəcək.

Xəbər lenti

Çox oxunanlar