Xəzər Xəbər

Kürdəmirdə ağır yol qəzası ÖLƏNLƏR VAR

Hadisə | 19:11 • 18 İyun 2024
Kürdəmirdə ağır yol qəzası

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var.

Hadisə rayonun Cəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq bir neçə dəfə yuvarlanaraq yol kənarına aşıb.

Qəza zamanı avtomobildə olan üç nəfər dünyasını dəyişib, bir nəfər isə ağır bədən xəsarətləri alaraq Təcili Tibbi Yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəzada rayonun Cəyli kənd sakinləri Xanalıyev Ceyhun Ağanəzər oğlu, Xanalıyev Toğrul Hikmət oğlu və Əhmədov Süleyman Qarakişi oğlu dünyasını dəyişib.

Umudov Əflatun Əflan oğlu isə ağır bədən xəsarətləri alıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

İlin son Günəş tutulması
İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024
Bakıda məktəbin qazanxanasında
Bakıda məktəbin qazanxanasında PARTLAYIŞ
12:08 • 1 Oktyabr 2024
Qaxda motosiklet qəzaya uğradı
Qaxda motosiklet qəzaya uğradı SÜRÜCÜ ÖLDÜ
11:21 • 28 Sentyabr 2024
Bakıdakı yanğında xəsarət alan şəxsin vəziyyəti
Bakıdakı yanğında xəsarət alan şəxsin vəziyyəti açıqlandı
15:55 • 27 Sentyabr 2024

Xəbər lenti

Çox oxunanlar