Xəzər Xəbər

Ağdaşda internet xətlərini oğurlayanlar və narkotacirlər SAXLANILDI

Hadisə | 08:44 • 22 Aprel 2024
Ağdaşda internet xətlərini oğurlayanlar və narkotacirlər

Ağdaş rayonu ərazisindən keçən internet xətlərinin oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Kamal Qədirov və İmran Cumayev saxlanılıblar.

Araşdırmalarla onların oğurladıqları naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqları və əldə etdikləri pulu öz aralarında böldükləri müəyyən edilib.

Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Çingiz Mirzəağayev, Anar Alıyev, Elmir Adıgözəlov və Gündüz Xəlilov saxlanılıblar. Onlardan marixuana və kultivasiya edilərək yetişdirilən çətənə bitkiləri aşkar edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Sumqayıtda yataqxana yanıb
Sumqayıtda yataqxana yanıb Görüntülər
11:13 • 21 Yanvar 2025
Bakının Bülbül prospektində
Bakının Bülbül prospektində Yanğın
09:01 • 21 Yanvar 2025
Sumqayıtda ev yanıb
Sumqayıtda ev yanıb
15:13 • 19 Yanvar 2025
Qazaxda üçotaqlı evdə
Qazaxda üçotaqlı evdə Yanğın
09:09 • 17 Yanvar 2025
Ağ Şəhərdə mənzildə
Ağ Şəhərdə mənzildə PARTLAYIŞ
15:20 • 15 Yanvar 2025
Bakıda evə basqın edilib
Bakıda evə basqın edilib
15:24 • 14 Yanvar 2025

Xəbər lenti