Xəzər Xəbər

Prokurorluq Sumqayıtda törədilən qətllə bağlı məlumat yaydı

Hadisə | 07:36 • 19 Aprel 2024
Prokurorluq Sumqayıtda törədilən qətllə bağlı məlumat yaydı

Aprelin 19-da Sumqayıt şəhəri ərazisində 2 nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt Şəhər Prokurorluğundan Xezerxeber.az-a bildirilib ki, araşdırmalarla 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Fikrət Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Rubrikanın digər xəbərləri

Sumqayıtda yataqxana yanıb
Sumqayıtda yataqxana yanıb Görüntülər
11:13 • 21 Yanvar 2025
Bakının Bülbül prospektində
Bakının Bülbül prospektində Yanğın
09:01 • 21 Yanvar 2025
Sumqayıtda ev yanıb
Sumqayıtda ev yanıb
15:13 • 19 Yanvar 2025
Qazaxda üçotaqlı evdə
Qazaxda üçotaqlı evdə Yanğın
09:09 • 17 Yanvar 2025
Ağ Şəhərdə mənzildə
Ağ Şəhərdə mənzildə PARTLAYIŞ
15:20 • 15 Yanvar 2025
Bakıda evə basqın edilib
Bakıda evə basqın edilib
15:24 • 14 Yanvar 2025

Xəbər lenti