Xəzər Xəbər

Moskvadakı terror aktında ölənlər və xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması dəqiqləşdirilir

Hadisə | 13:21 • 23 Mart 2024
Moskvadakı terror aktında ölənlər və xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması dəqiqləşdirilir

Moskvadakı “Crocus City Hall” ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində həlak olanlar və xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması dəqiqləşdirilir.

Xezerxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycanın Rusiyadakı səfirliyindən bildirilib.

Qeyd edək ki, Moskva vilayəti Səhiyyə Nazirliyi “Crocus City Hall” ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində ölənlərin ilk siyahısını dərc edib. Siyahıda 37 nəfərin, o cümlədən azərbaycanlı olduğu ehtimal edilən 1983-cü il təvəllüdlü Vüqar Hüseynov adlı şəxsin adı var.

Rusiya İstintaq Komitəsi hadisə nəticəsində 93 nəfərin həlak olduğunu bildirir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024