Xəzər Xəbər

Goranboyda ödəmə terminalından oğurluq edən şəxslər SAXLANILDI

Hadisə | 12:59 • 22 Mart 2024
Goranboyda ödəmə terminalından oğurluq edən şəxslər

Goranboyda ödəmə terminalından oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədirlərlə rayon ərazisindəki mağazaların birində yerləşən ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri, Elxan Hacıyev Ziyad Namazov saxlanılıblar.

Araşdırmalarla həmin şəxslərin mağazadakı ödəmə terminalını sındıraraq 9161 manat oğurladıqları məlum olub.

Bundan başqa, RPŞ əməkdaşlarının son 1 həftə ərzində keçirdikləri digər tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 2, odlu silah saxlayan 1 və digər cinayətlər törədən 10 nəfər saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindən 2 ədəd “PQ-7” markalı raket, 1 ədəd əl qumbarası, 2 ədəd tüfəng, 3 ədəd avtomat və çoxlu sayda müxtəlif çaplı patron aşkar olunub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar