Xəzər Xəbər

Bakıda sərnişin qatarında tüstülənmə olub

Hadisə | 14:46 • 26 Fevral 2024
Bakıda sərnişin qatarında tüstülənmə olub

Bu gün saat 13:45 radələrində Bakı sərnişin stansiyasında “Stadler” qatarı manevr edərkən kontakt şəbəkəsində qısaqapanma baş verib. Nəticədə qatarın damında tüstülənmə müşahidə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Xezerxeber.az-a verilən məlumata görə, qatar heyəti tərəfindən yanğından mühafizə vasitələri ilə hadisənin qarşısı operativ olaraq alınıb. 

Qeyd edək ki, depoya gedən qatarda sərnişin olmayıb. Hadisə nəticəsində xəsarət alan yoxdur.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024