Xəzər Xəbər

Sumqayıt sakini döyülərək öldürülüb, cinayət işi açılıb

Hadisə | 20:41 • 13 Fevral 2024
Sumqayıt sakini döyülərək öldürülüb, cinayət işi açılıb

Fevralın 4-də itkin düşmüş Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Rüfət Abdullayevin üzərində xəsarət izləri olan meyitinin Bakı-Quba magistral yolunun kənarında aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt Şəhər Prokurorluğundan Xezerxeber.az-a verilən məlumata görə, aparılan araşdırma zamanı Rüfət Abdullayevin aralarında yaranmış mübahisə zamanı 1993-cü il təvəllüdlü Habil Qonşəliyev tərəfindən yumruq və təpiklə yetirilmiş xəsarətlər nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb, Habil Qonşəliyev iş üzrə prokurorluğun qərarı ilə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar