Xəzər Xəbər

Yeni Günəşlidə GÜCLÜ SÜRÜŞMƏ FOTOLAR

Hadisə | 11:45 • 9 Fevral 2024
Yeni Günəşlidə  GÜCLÜ SÜRÜŞMƏ

Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi V massivi, Bina 13M binasının ön və sağ tərəfində sürüşmə hadisəsinin baş verdiyi və sürüşmənin hər gün daha da aktivləşməsinə dair həmin ünvanda yaşayan sakinlər tərəfindən redaksiyamıza müraciət daxil olub.

Sakinlər  bildirib ki, ətrafda çoxlu sayda böyük çökəkliklər və qırılmalar baş verib, bununla bağlı aidiyyəti qurumlara müraciət etdiklərini vurğulayıblar.

Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev məsələ ilə bağlı bildirib ki, son günlər Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi 13 M ünvanda yerləşən çoxmərtəbəli binanın yerləşdiyi ərazidə müşahidə olunan mühəndis-geoloji vəziyyətlə əlaqədar vətəndaş müraciətlərinə (4 fərdi müraciət) əsasən, Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazilərə baxış keçirilib, yaranmış vəziyyət qiymətləndirilib.

O qeyd edib ki, hazırda binanın yerləşdiyi ərazidə yer səthində müxtəlif istiqamətli dislokasiya elementləri müşahidə olunmaqdadır: "Geoloji kəsilişin üst hissəsində çökmə prosesləri və çat zonaları qeydə alınır. Relyefdə yaranan dəyişmələr süni şəkildə doldurulsa da, proseslərin dinamikasında artım müşahidə olunur. Ərazidə instrumental tədqiqatların aparılması və müvafiq bərkitmə işlərinin aparılması zəruridir". (apa)

Rubrikanın digər xəbərləri

Bakıda kran YANDI
Bakıda kran YANDI FOTO
16:15 • 6 Sentyabr 2024
Bakıda qəza baş verib, yolda sıxlıq yaranıb
Bakıda qəza baş verib, yolda sıxlıq yaranıb FOTO
15:38 • 6 Sentyabr 2024
Bakıda evə basqın
Bakıda evə basqın ZƏRƏRSİZLƏŞDİRİLƏN VAR
12:05 • 3 Sentyabr 2024
İmişlidə polisin müdaxiləsindən sonra 17 yaşlı qızın toyu
İmişlidə polisin müdaxiləsindən sonra 17 yaşlı qızın toyu təxirə salındı
17:42 • 2 Sentyabr 2024
Yasamalda piyadanı maşın
Yasamalda piyadanı maşın VURDU
16:21 • 31 Avqust 2024
Goranboy rayonunda
Goranboy rayonunda YANĞIN
09:56 • 31 Avqust 2024

Xəbər lenti