Xəzər Xəbər

Bakıda iki “KamAz” qaçırılıb

Hadisə | 10:17 • 8 Fevral 2024
Bakıda iki “KamAz” qaçırılıb

Fevralın 4-nə keçən gecə Sulutəpə qəsəbəsi ərazisindən “KamAz” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

DİN-dən Xezerxeber.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Elşən Fətəliyev saxlanılıb.

Polis əməkdaşları həmin avtomobili onunla birlikdə Abşeron rayonunun Çaylı kəndində hissələrə bölüb satmaqda şübhəli bilinən tanışı, əvvəllər məhkum olunmuş Urfan Əhmədovu da müəyyən edərək saxlayıblar.

E.Fətəliyevin M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən daha bir “KamAz” markalı avtomobili qaçırması da müəyyən olunub.

Həmin avtomobil də polis əməkdaşları tərəfindən Abşeron rayonu ərazisində tapılıb.

Araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Bakıda kran YANDI
Bakıda kran YANDI FOTO
16:15 • 6 Sentyabr 2024
Bakıda qəza baş verib, yolda sıxlıq yaranıb
Bakıda qəza baş verib, yolda sıxlıq yaranıb FOTO
15:38 • 6 Sentyabr 2024
Bakıda evə basqın
Bakıda evə basqın ZƏRƏRSİZLƏŞDİRİLƏN VAR
12:05 • 3 Sentyabr 2024
İmişlidə polisin müdaxiləsindən sonra 17 yaşlı qızın toyu
İmişlidə polisin müdaxiləsindən sonra 17 yaşlı qızın toyu təxirə salındı
17:42 • 2 Sentyabr 2024
Yasamalda piyadanı maşın
Yasamalda piyadanı maşın VURDU
16:21 • 31 Avqust 2024
Goranboy rayonunda
Goranboy rayonunda YANĞIN
09:56 • 31 Avqust 2024

Xəbər lenti