Xəzər Xəbər

Bakıda partlayış baş verib, xəsarət alan var

Hadisə | 08:38 • 6 Fevral 2024
Bakıda partlayış baş verib, xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən qazanxanada partlayış baş verməsi barədə məlumat daxil olub.

Xezerxeber.az FHN-ə istinadən bildirir ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı qazanxanada partlayış hadisəsinin baş verdiyi, partlayış dalğasının təsirindən qazanxana binasının yararsız vəziyyətə düşdüyü müəyyən olunub. Həmçinin, yaxınlıqdakı binanın şüşələri qırılıb və “Toyota” markalı minik avtomobilinin üzərinə daşlar tökülərək avtomobili yararsız vəziyyətə salıb. Hadisə zamanı bir nəfər vətəndaş yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xətai rayonunda
Xətai rayonunda torpaq sürüşməsi
13:57 • 17 Oktyabr 2024
Tovuzda keçmiş şərab zavodunun ərazisində
Tovuzda keçmiş şərab zavodunun ərazisində Yanğın
10:41 • 17 Oktyabr 2024
Sabunçuda avtomobil qadını vuraraq
Sabunçuda avtomobil qadını vuraraq Öldürdü
09:34 • 17 Oktyabr 2024
Bakıda piyadanı maşın vurub
Bakıda piyadanı maşın vurub FOTO
12:36 • 16 Oktyabr 2024
Bakıda gənc oğlan bıçaqlanıb
Bakıda gənc oğlan bıçaqlanıb
09:03 • 16 Oktyabr 2024
Balakəndə şəhidin xatirə muzeyində
Balakəndə şəhidin xatirə muzeyində yanğın
10:23 • 15 Oktyabr 2024
Biləsuvarda qadın yanaraq
Biləsuvarda qadın yanaraq Öldü
10:04 • 15 Oktyabr 2024
Bakıda yaşlı kişini bıçaqlayan
Bakıda yaşlı kişini bıçaqlayan Saxlanıldı
13:47 • 13 Oktyabr 2024
Qubada avtomobil ağaca çırpılıb
Qubada avtomobil ağaca çırpılıb Öıən var
10:00 • 13 Oktyabr 2024

Xəbər lenti