Xəzər Xəbər

“Qara” bazarda dəyəri 8 milyon manat olan 212 kiloqram narkotik vasitə ələ keçirilib

Hadisə | 11:50 • 3 Fevral 2024
“Qara” bazarda dəyəri 8 milyon manat olan 212 kiloqram narkotik vasitə ələ keçirilib

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları yanvar ayında paytaxt və bölgələrdə 50-dən artıq əməliyyat keçirib.

Nazirliyin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, nəticədə gənclərimizi və gələcəyimizi zəhərləyən 55 nəfərdən ibarət 5 mütəşəkkil dəstə ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan 12-si ölkəmizə narkotik maddələr gətirən və polisin bir müddətdir ki, izinə düşdüyü şəxslər olub. “Qara” bazarda dəyəri 8 milyon manat olan 212 kiloqram (heroin, tiryək, marixuana, metanmfetamin) narkotik vasitə və 12 min 791 ədəd psixotrop tərkibli metadon, tramadol və lirika həbi ələ keçirilib.

Narkoşəbəkənin digər üzvlərinin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Bakıda kran YANDI
Bakıda kran YANDI FOTO
16:15 • 6 Sentyabr 2024
Bakıda qəza baş verib, yolda sıxlıq yaranıb
Bakıda qəza baş verib, yolda sıxlıq yaranıb FOTO
15:38 • 6 Sentyabr 2024
Bakıda evə basqın
Bakıda evə basqın ZƏRƏRSİZLƏŞDİRİLƏN VAR
12:05 • 3 Sentyabr 2024
İmişlidə polisin müdaxiləsindən sonra 17 yaşlı qızın toyu
İmişlidə polisin müdaxiləsindən sonra 17 yaşlı qızın toyu təxirə salındı
17:42 • 2 Sentyabr 2024
Yasamalda piyadanı maşın
Yasamalda piyadanı maşın VURDU
16:21 • 31 Avqust 2024
Goranboy rayonunda
Goranboy rayonunda YANĞIN
09:56 • 31 Avqust 2024

Xəbər lenti