Xəzər Xəbər

Sumqayıtda mağaza və avtomobil yanıb

Hadisə | 09:57 • 2 Fevral 2024
Sumqayıtda mağaza və avtomobil yanıb

Sumqayıt şəhərində ümumi sahəsi 300 m² olan dəmir konstruksiyadan ibarət mağazanın taxta atmaları, içərisində taxta və plastmas taralara yığılan meyvə-tərəvəz məhsulları 250 m² sahədə yanıb.

FHN-dən Xezerxeber.az-a verilən xəbərə görə, yüksək temperaturdan yaxınlıqda dayanan "Mercedes" markalı yük avtomobilinin 1 ədəd ön farası və buferi əriyib. Mağazanın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar