Xəzər Xəbər

Soyğunçuluq edən şəxs saxlanılıb

Hadisə | 11:24 • 28 Yanvar 2024
Soyğunçuluq edən şəxs saxlanılıb

Taksi sürücülərinə qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iki taksi sürücüsünə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Salyan rayon sakini Elvin Vəliyev saxlanılıb.

Dindirilmə zamanı sonuncu törətdiyi əməlləri etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, E.Vəliyev sərnişin qismində əyləşdiyi taksilərdə sürücülərdən tanışına zəng etmək adı ilə mobil telefonlar istəyib. Zərərçəkmişlərin telefonlarını aldıqdan sonra isə adıçəkilən şəxs avtomobillərdən düşüb və qaçaraq uzaqlaşıb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları E.Vəliyevin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə, həmçinin Şirvan ŞPŞ-yə məlumat vermələri xahiş olunur.

Rubrikanın digər xəbərləri

Naxçıvan şəhərində avtobus yanıb
Naxçıvan şəhərində avtobus yanıb FOTO
10:10 • 20 Sentyabr 2024
Bakıda restoranda yanğın olub
Bakıda restoranda yanğın olub
09:23 • 20 Sentyabr 2024
Bakıda körpünün üzərində iki maşın
Bakıda körpünün üzərində iki maşın YANIB
17:50 • 19 Sentyabr 2024
Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib
Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib ölən var
19:39 • 14 Sentyabr 2024
Mənzildə meyit aşkarlanıb
Mənzildə meyit aşkarlanıb
11:18 • 12 Sentyabr 2024
Bakıda bir neçə obyektdə yanğın olub
Bakıda bir neçə obyektdə yanğın olub
10:03 • 12 Sentyabr 2024
Müğənni Kərimin toy zamanı döyülməsinin
Müğənni Kərimin toy zamanı döyülməsinin TƏFƏRRÜATLARI
11:35 • 11 Sentyabr 2024

Xəbər lenti