Xəzər Xəbər

Müdafiə Sənayesi Nazirliyinin zavodunda PARTLAYIŞ YARALILAR VAR

Hadisə | 16:15 • 23 Yanvar 2024
Müdafiə Sənayesi Nazirliyinin zavodunda PARTLAYIŞ

Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda partlayış olub.

Xezerxeber.az Şirvan şəhər prokurorluğuna istinadən məlumat verirk i, Zavodda baş vermiş partlayışla bağlı araşdırma aparılır.

Yanvarın 23-də saat 15 radələrində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan Şirvan Araz zavodu MMC-də partlayış baş verməsi barədə Şirvan şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla hadisə nəticəsində 3 nəfərin - 1992-ci il təvəllüdlü Babayev Elçin Cahangir oğlu, 2001-ci il təvəllüdlü Muradov İsmayıl İntiqam oğlu və 1999-cu il təvəllüdlü İmanov Məhəmməd İlham oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir.

Hadisənin zavodun sexlərindən birində minatan silahın 120 mmlik mərmisinin çəkilclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək.

Rubrikanın digər xəbərləri

Naxçıvan şəhərində avtobus yanıb
Naxçıvan şəhərində avtobus yanıb FOTO
10:10 • 20 Sentyabr 2024
Bakıda restoranda yanğın olub
Bakıda restoranda yanğın olub
09:23 • 20 Sentyabr 2024
Bakıda körpünün üzərində iki maşın
Bakıda körpünün üzərində iki maşın YANIB
17:50 • 19 Sentyabr 2024
Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib
Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib ölən var
19:39 • 14 Sentyabr 2024
Mənzildə meyit aşkarlanıb
Mənzildə meyit aşkarlanıb
11:18 • 12 Sentyabr 2024
Bakıda bir neçə obyektdə yanğın olub
Bakıda bir neçə obyektdə yanğın olub
10:03 • 12 Sentyabr 2024
Müğənni Kərimin toy zamanı döyülməsinin
Müğənni Kərimin toy zamanı döyülməsinin TƏFƏRRÜATLARI
11:35 • 11 Sentyabr 2024

Xəbər lenti

Çox oxunanlar