Xəzər Xəbər

Ötən il baş vermiş təbii və texnogen mənşəli hadisələrdə 62 nəfər ölüb

Hadisə | 12:35 • 23 Yanvar 2024
Ötən il baş vermiş təbii və texnogen mənşəli hadisələrdə 62 nəfər ölüb

2023-cü il ərzində respublika ərazisində 15161 təbii və texnogen mənşəli hadisə baş verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, bu, 2022-ci il ilə müqayisədə 1553 hadisə və ya 9% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 62 nəfər həlak olub, 235 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 26 nəfər xilas edilib, 2790 nəfər təxliyə olunub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar