Xəzər Xəbər

FHN Sumqayıtda yataqxanada yanğınla bağlı məlumat yayıb

Hadisə | 00:32 • 18 Yanvar 2024
FHN Sumqayıtda yataqxanada yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Xezerxeber.az FHN-in Mətbuat xidmətinə istinadən məlumat verir ki, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb.

İlkin məlumata görə, Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş verən yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərlənib.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.

Əlavə məlumat veriləcək.

Xəbər lenti

Çox oxunanlar