Xəzər Xəbər

Partlayış olan sexin 2750 kvadratmetr sahəsi dağıntıya məruz qalıb AÇIQLAMA

Hadisə | 15:56 • 15 Yanvar 2024
Partlayış olan sexin 2750 kvadratmetr sahəsi dağıntıya məruz qalıb

Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində baş verən yanğın söndürülüb.

Xezerxeber.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Rza Xudiyev deyib.

O bildirib ki, saat 11:54 radələrində yanğınla bağlı FHN-ə məlumat daxil olub.

Ərazi üzrə 3 yanğın bölməsi hadisə yerinə çatıb: "Bakı qarnizonu 2 saylı çağırışla əraziyə cəlb edilib. Sahəsi 13 min kvadratmetr olan istehsal sexinin 2750 kvadratmetrlik sahəsi dağıntılara məruz qalıb və ərazidə yanğın baş verib. Axtarışlar zamanı 3 nəfərin cəsədi dağıntılar arasında tapılıb, 3 nəfər xilas edilib. Hadisə yerində istintaq qrupu tədqiqat işləri aparır".

Rubrikanın digər xəbərləri

Bərdədə köhnə məktəb binasında
Bərdədə köhnə məktəb binasında YANĞIN
08:23 • 22 Sentyabr 2024
Naxçıvan şəhərində avtobus yanıb
Naxçıvan şəhərində avtobus yanıb FOTO
10:10 • 20 Sentyabr 2024
Bakıda restoranda yanğın olub
Bakıda restoranda yanğın olub
09:23 • 20 Sentyabr 2024
Bakıda körpünün üzərində iki maşın
Bakıda körpünün üzərində iki maşın YANIB
17:50 • 19 Sentyabr 2024
Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib
Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib ölən var
19:39 • 14 Sentyabr 2024

Xəbər lenti

Çox oxunanlar