Xəzər Xəbər

Bakıda güclü partlayış baş verib, iki nəfər həlak olub - Rəsmilər hadisə yerindədir YENİLƏNİB-3/FOTO

Hadisə | 13:34 • 15 Yanvar 2024
Bakıda güclü partlayış baş verib,  iki nəfər həlak olub -  Rəsmilər hadisə yerindədir

Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə baş vermiş partlayış-yanğın hadisəsi ilə əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

FHN-in mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Qeyd edək ki, hadisə zamanı iki nəfərin öldüyü və yaralananların olduğu bildirilir.

13:30

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə baş verən partlayışla bağlı hazırda Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerindədirlər.

Xezerxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

12:36

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. 

Məlumata görə, 15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub.

12:16

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə ilkin məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Rubrikanın digər xəbərləri

Bərdədə köhnə məktəb binasında
Bərdədə köhnə məktəb binasında YANĞIN
08:23 • 22 Sentyabr 2024
Naxçıvan şəhərində avtobus yanıb
Naxçıvan şəhərində avtobus yanıb FOTO
10:10 • 20 Sentyabr 2024
Bakıda restoranda yanğın olub
Bakıda restoranda yanğın olub
09:23 • 20 Sentyabr 2024
Bakıda körpünün üzərində iki maşın
Bakıda körpünün üzərində iki maşın YANIB
17:50 • 19 Sentyabr 2024
Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib
Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib ölən var
19:39 • 14 Sentyabr 2024

Xəbər lenti

Çox oxunanlar