Xəzər Xəbər

Bakıda evdən pul və qızıl oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb

Hadisə | 11:50 • 31 Dekabr 2023
Bakıda evdən pul və qızıl oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb

Dekabrın 30-da paytaxtın Yasamal rayonu ərazisində yerləşən mənzillərin birindən 2000 manat, 6500 ABŞ dolları və 8000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin mənzildə xadimə işləyən qadın müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar