Xəzər Xəbər

Sumqayıtda binada yanğın olub, iki nəfər tüstüdən zəhərlənib

Hadisə | 16:23 • 29 Dekabr 2023
Sumqayıtda binada yanğın olub, iki nəfər tüstüdən zəhərlənib

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 8 ədəd elektrik sayğacı, 1 ədəd qoruyucu açar və 3 p.m giriş-çıxış kabeli yanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə FHN-in məlumatında deyilir.

Məlumata görə, yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar