Xəzər Xəbər

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb

Hadisə | 13:53 • 26 Dekabr 2023
ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb

İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib.

Bu barədə xezerxeber.az-a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Məlumata görə, ANAMA-nın əməkdaşı, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.

O, hadisə yerindən təxliyə edilərək rayon xəstəxanasına çatdırılır. Vəziyyəti qənaətbəxşdir.

 

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar