Xəzər Xəbər

Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN

Hadisə | 09:29 • 19 Dekabr 2023
Bakıda çoxmərtəbəli yaşayış binasında

Bakıda çoxmərtəbəli yaşayış binası yanır.

Xezerxeber.az xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində Əsəd Əhmədov küçəsində yerləşən binada qeydə alınıb.

Yanğın 21 mərtəbəli binanın zirzəmisindən başlayıb və yuxarı mərtəbələrə keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Xəbər lenti

Çox oxunanlar