Xəzər Xəbər

Bakının mərkəzində binada yanğın söndürülüb, uşaq bağçasından 41 azyaşlı təxliyə edilib - YENİLƏNİB

Hadisə | 14:59 • 12 Dekabr 2023
Bakının mərkəzində binada yanğın söndürülüb, uşaq bağçasından 41 azyaşlı təxliyə edilib - YENİLƏNİB

Bakı şəhərinin Nəsimi rayonu, 28 may küçəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş vermiş yanğın söndürülüb.

Xezerxeber.az xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri tərəfindən yanğının qarşısı alınıb.

 

FHN-dən bildirilib ki, əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, 28 may küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş vermi yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda bəzi tüstülənmə ocaqlarının tam söndürülməsi istiqamətində tədbirlər görülür.

Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən uşaq bağçasından 41 uşaq yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

***

Bakının mərkəzində yaşayış binasında yanğın qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, yanğın 28 May küçəsində, 23 saylı orta məktəbin yaxınlığında yerləşən yaşayış binasının mənzilində baş verib.

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

 

 

 

Rubrikanın digər xəbərləri

Bakıda kran YANDI
Bakıda kran YANDI FOTO
16:15 • 6 Sentyabr 2024
Bakıda qəza baş verib, yolda sıxlıq yaranıb
Bakıda qəza baş verib, yolda sıxlıq yaranıb FOTO
15:38 • 6 Sentyabr 2024
Bakıda evə basqın
Bakıda evə basqın ZƏRƏRSİZLƏŞDİRİLƏN VAR
12:05 • 3 Sentyabr 2024
İmişlidə polisin müdaxiləsindən sonra 17 yaşlı qızın toyu
İmişlidə polisin müdaxiləsindən sonra 17 yaşlı qızın toyu təxirə salındı
17:42 • 2 Sentyabr 2024
Yasamalda piyadanı maşın
Yasamalda piyadanı maşın VURDU
16:21 • 31 Avqust 2024
Goranboy rayonunda
Goranboy rayonunda YANĞIN
09:56 • 31 Avqust 2024

Xəbər lenti