Bakıda avtomobil iki qadını vurub, biri ölüb.
Hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.
Belə ki, Rauf Rüstəmov idarə etdiyi "Xəzər" markalı avtomobillə yolu keçməyə çalışan piyadalar - 1948-ci il təvəllüdlü Hüseynova Sara Abdulla qızını və Fərzəliyeva Sevil Abbas qızını vurub.
Nəticədə S.Fərzəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, Sara Hüseynova isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.