Bu gün səhər tezdən Sumqayıt-Bakı şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib. İki şəhər arasında sərnişin daşıyan “Frod Tranzit” markalı mikroavtobus beton arakəsməyə çırpılıb. Nəticədə ölən və xəsarət alanlar var.
Xezerxeber.az-ın məlumatına görə, Sumqayıt Şəhər Təcili Tibbi Yardın Xəstəxanasının baş həkimi Rauf Sadıqov bildirib ki, qəzada xəsarət alan 6 nəfər klinikaya gətirilib. 1963-cü il təvəllüdlü, Bakı şəhər sakini Ayna Allahverdiyeva klinikaya çatanda keçinib, bir nəfərə ilkin yardım göstərilib və evə buraxılıb, digər 4 nəfər isə stasionara yerləşdirilib. Hazırda reanimasiya şöbəsində olan üç pasiyentin vəziyyəti ağır olaraq qalır, o biri isə travmatologiya şöbəsində müalicəsini davam etdirir.
Faktla bağlı araşdırma aparılır.